İsrail qüvvələri Livan ərazisinə daha bir zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat verib.
Məlumata görə, zərbə "Hizbullah" üzvlərinin istifadə etdiyi hərbi infrastrukturu hədəfə alıb.
Hədəflər arasında raket buraxıcı qurğu və Livanın cənubundakı Əl-Mahmudiyə şəhəri yaxınlığındakı yeraltı tunelin girişi olub.