Ucnoqta.az
www.ucnoqta.az

Vüqar Məmmədov saxlanıldı

12:49 - 30 Oktyabr 2025 tarixində dərc olunub.

Hüquq-müfahizə orqanları "Hurriyyet TV"də əməliyyat keçirib.

Ucnoqta.az Bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və "Hurriyyet TV"nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Qeyd olunur ki, həmçinin "Hurriyyet TV"nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.

Müəllif: Ucnoqta.az redaksiyası