Ucnoqta.az
www.ucnoqta.az

Bakıya 1 300 ingilis fanat gəlir

14:21 - 29 Oktyabr 2025 tarixində dərc olunub.

İngiltərənin məşhur "Çelsi" klubunun azarkeşləri "Qarabağ"la Bakıda keçiriləcək oyuna böyük maraq göstərirlər.

Ucnoqta.az azerisport.com saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada qonaq azarkeşlər üçün 3 sektor ayrılıb.

Məlumata görə, Böyük Britaniyadan Azərbaycan paytaxtına 1300-ə yaxın azarkeş ordusunun gələcəyi gözlənilir. Bu da Azərbaycan klublarının iştirak etdiyi avrokubok matçlarında nadir hallarda rast gəlinən mənzərədir.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də saat 21:45-də başlayacaq. Üç turdan sonra "Çelsi" ilə "Qarabağ" hərəyə 6 xal toplayaraq, müvafiq olaraq 11-ci və 13-cü yerlərdə mövqe tutublar.

Müəllif: Ucnoqta.az redaksiyası