Ucnoqta.az
www.ucnoqta.az

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 100-ü keçib

13:57 - 29 Oktyabr 2025 tarixində dərc olunub.

28 oktyabr axşamından bəri İsrailin Qəzza zolağına endirdiyi hava hücumları nəticəsində ölənlərin sayı 104-ə çatıb.

Ucnoqta.az bildirir ki, Fələstin anklavının Səhiyyə Nazirliyi bu barədə məlumat verib.

Nazirliyin məlumatına görə, ölənlər arasında 46 uşaq və 20 qadın var. 253 fələstinli yaralanıb.

Müəllif: Ucnoqta.az redaksiyası