Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzzada atəşkəsi bərpa edib

13:04 - 29 Oktyabr 2025 tarixində dərc olunub.

İsrail ordusu bir sıra hücumlardan sonra Qəzza zolağında atəşkəsə riayət etməyə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.

"Siyasi rəhbərliyin göstərişinə uyğun olaraq və Qəzza zolağında onlarla terror hədəfinə və terrorçuya zərbə endirən bir sıra hücumlardan sonra İsrail Müdafiə Qüvvələri atəşkəsin tətbiqi üçün tədbirləri bərpa etməyə başlayıb" - açıqlamada deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası