Ucnoqta.az
www.ucnoqta.az

Kubada yüz minlərlə insan təxliyə edildi

12:05 - 29 Oktyabr 2025 tarixində dərc olunub.

Kubada 750.000 insan təxliyə edilib

Ucnoqta.az xəbər verir ki, The New York Times qəzetinin məlumatına görə, "Melissa" qasırğasının yaxınlaşması öncəsi Kubada təxminən 750.000 insan təxliyə edilib.

Nəşr qeyd edir ki, təxminən 11 milyon əhalisi olan bir ölkə üçün bu, kifayət qədər genişmiqyaslı təxliyə əməliyyatıdır.

Hakimiyyət orqanları fırtınanın əsas zərbəsini çəkəcək şərqi Kubada infrastruktura ciddi ziyan dəyəcəyini gözləyir.

Associated Press daha əvvəl qasırğa nəticəsində Haiti, Yamayka və Dominikan Respublikasında ən azı yeddi nəfərin öldüyünü bildirmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası