Ucnoqta.az
www.ucnoqta.az

Bakıda sərnişin avtobusu yandı

09:36 - 29 Oktyabr 2025 tarixində dərc olunub.

Bu gün səhər saat 05 radələrində Xəzər rayonu, Binə qəsəbəsində marşrut avtobusu yanıb.

Ucnoqta.az xəbər verir ki, “Çinar Trans” MMC-yə məxsus 160 nömrəli marşrut üzrə hərəkət edən BMC markalı avtobus tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı avtobusda sərnişinin olmadığı bildirilir.

FHN-dən bildirilib ki, hadisə vaxtı BMC markalı avtobusun yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası