Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan 73 nəfər saxlanılıb

10:19 - 28 Oktyabr 2025 tarixində dərc olunub.

Oktyabrın 27-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası