Ucnoqta.az
www.ucnoqta.az

HƏMAS daha bir İsrail girovunun cəsədini təhvil verəcək

21:41 - 27 Oktyabr 2025 tarixində dərc olunub.

Fələstin HƏMAS hərəkatı Qəzza zolağında daha bir girovun cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

Ucnoqta.az xəbər verir ki, açıqlama hərəkatın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının Telegram kanalında dərc edilib.

 "Məhbuslarla dəyişdirilməsi çərçivəsində yerli vaxtla saat 21:00-da daha bir İsrail girovunun cəsədini təhvil vermək qərarına gəldik" - açıqlamada deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası