Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

18:00 - 27 Oktyabr 2025 tarixində dərc olunub.

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, şəhərin "Yaşıl dərə" adlanan ərazisində diametri 57 millimetr olan qaz xəttində sızma aşkarlanıb.

Sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 17:00-dan etibarən, ərazidəki 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası