Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda bu şəxslərin maaşı artırıldı

16:13 - 27 Oktyabr 2025 tarixində dərc olunub.

Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında qərar verib.

Ucnoqta.az xəbər verir ki, qərara əsasən, nazirliyin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı

artım əmsalları tətbiq ediləcək:

- baş həkim – 3,0 dəfə;

- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;

- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə;

- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.

Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Müəllif: Ucnoqta.az redaksiyası