Ucnoqta.az
www.ucnoqta.az

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

15:38 - 27 Oktyabr 2025 tarixində dərc olunub.

Milli Hidrometeorologiya Xidməti oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Qobustan, Daşkəsəndə arabir cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası