Ucnoqta.az
www.ucnoqta.az

Vinisius "Real Madrid"dən ayrılmaq istəyir

15:05 - 27 Oktyabr 2025 tarixində dərc olunub.

"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior İspaniya Premyer Liqasının 10-cu turunda "Barselona"ya qarşı oyunda əvəzləndikdən sonra klubdan ayrılmaq planlarını baş məşqçi Xabi Alonsoya açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bazar günü "Real Madrid" evdə "Barselona"nı 2-1 hesabı ilə məğlub edib. Vinisius 72-ci dəqiqədə əvəzlənib. Məlumata görə, Vinisius qərara emosional reaksiya verərək Alonsoya dedi: "Niyə həmişə mən? Klubdan gedirəm, gedirəm".

25 yaşlı Vinisius 2018-ci ildən "Real Madrid"də oynayır.

Müəllif: Ucnoqta.az redaksiyası