Ucnoqta.az
www.ucnoqta.az

Avropa Rusiyaya təzyiqi artırmalıdır - Ursula fon der Lyayen

15:31 - 25 Oktyabr 2025 tarixində dərc olunub.

 Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Rusiyanı Ukraynadakı münaqişənin həlli üçün danışıqlara məcbur etmək üçün ona təzyiqi artırmağın vacibliyini bildirib.

Ucnoqta.az xəbər verir ki, AK rəhbəri bu barədə X-də yazıb.

Fon der Lyayen vurğulayır ki, koordinasiyalı anti-Rusiya sanksiyaları Moskvaya təzyiq göstərməkdə əsas rol oynayır.

"Avropa müdafiə sahəsində əməkdaşlığı genişləndirir və tezliklə təqdim olunacaq təzminat krediti üzrə işləri irəli aparır" - Lyayen əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası