Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan 136 nəfər saxlanılıb

11:00 - 25 Oktyabr 2025 tarixində dərc olunub.

Ötən gün ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 136, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 18, cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Eyn zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Müəllif: Ucnoqta.az redaksiyası