Ucnoqta.az
www.ucnoqta.az

Bu ərazilərdə su olmayacaq

12:39 - 23 Oktyabr 2025 tarixində dərc olunub.

Naxçıvanda su xəttində baş verən qəza səbəbindən şəhərin bəzi ərazilərinə içməli suyun verilişində fasilə yaranacaq.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 14:00-da Naxçıvan şəhəri Atabəylər, Babək, Z.Əliyeva məhəllələri, H.Aslanov küçəsi, həmçinin Qaraçuq, Qaraxanbəyli, Bulqan və Hacıniyyət kəndlərinə suyun verilişi dayandırılacaq.

Təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası