Ucnoqta.az
www.ucnoqta.az

Məşhur narkotik kartelinin lideri tutuldu

11:30 - 22 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ Sinaloa narkotik kartelinin liderini ələ keçirib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin (NCTC) direktoru Co Kent Meksikanın əsas narkotik karteli "Sinaloa"nın lideri, "El Pato" ləqəbi ilə tanınan Leonard Daniel Martinez Veranın həbs edildiyini açıqlayıb.

Kentin sözlərinə görə, cinayətkar Meksikanın hüquq-mühafizə orqanları tərəfindən Syudad Xuares şəhərində saxlanılıb. O, əməliyyat zamanı qaçmağa cəhd edib.

NCTC-yə görə, "El Pato" Sinaloa Karteli üçün böyük narkotik ticarəti əməliyyatlarına, habelə adam oğurluğu və qətllərə rəhbərlik etmək üçün məsuliyyət daşıyır.

Onun tapılması üçün aparılan səylər təxminən 9 ay davam edib.

Müəllif: Ucnoqta.az redaksiyası