Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında oktyabrın sonunda gözlənilən görüş müvəqqəti təxirə salınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Oktyabrın 20-də Lavrov Rubio ilə telefon danışığı aparıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, diplomatlar Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında oktyabrın 16-da telefon danışığı zamanı əldə olunmuş anlaşmaların həyata keçirilməsi üçün mümkün konkret addımları konstruktiv şəkildə müzakirə ediblər.