Ucnoqta.az
www.ucnoqta.az

Sertifikasiyanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

15:17 - 20 Oktyabr 2025 tarixində dərc olunub.

Sertifikasiya prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Müəllif: Ucnoqta.az redaksiyası