İsrail hakimiyyəti bazar ertəsi Qəzza zolağı ilə sərhədinin cənub və mərkəzi hissələri boyunca Kerem Şalom və Kisufim keçidlərini yenidən açıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bu iki keçid bazar günü səhər anklavın cənub hissəsindəki Rəfah şəhəri yaxınlığında iki İsrail əsgərinin radikal yaraqlıların açdığı atəş nəticəsində öldürülməsindən sonra bağlanıb.
İsrail ordusu daha sonra oktyabrın 19-u axşam Qəzza zolağında atəşkəsi bərpa etdiyini elan etməzdən əvvəl anklavın hər yerində silsilə zərbələr endirib, onlarla hədəfə hücum edib.