Ucnoqta.az
www.ucnoqta.az

Cənubi Koreya dünyanın dördüncü ən böyük silah ixracatçısı olmaq niyyətindədir

08:12 - 20 Oktyabr 2025 tarixində dərc olunub.

Koreya Respublikasının Prezidenti Li Jae-Myunq bəyan edib ki, ölkəsi qlobal silah bazarında dördüncü ən böyük oyunçu olmaq istəklərindən əl çəkməyib.

Ucnoqta.az xəbər verir ki, Cənubi Koreya liderinin sözlərini onun administrasiyası yayıbb.

Qoyanqda keçirilən ADEX 2025 hərbi sərgisinin rəsmi açılış mərasimində Li Jae-myung deyib ki, hərbi sənaye kompleksində dördüncü böyük ölkə olmaq mümkünsüz arzu deyil.

"Bu reallıqdır əvvəlki hökumətlərin hərbi sənaye sektorunu və aerokosmik sənayeni inkişaf etdirmək işi sayəsində, bu müddət ərzində müdafiə sifarişləri ilk dəfə olaraq 10 milyard dolları ötüb və Koreya Respublikası dünyanın beşinci ən böyük hərbi gücünə çevrilib", - prezident bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası