Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan Azərbaycanın ilkin şərti ilə razı deyil - Mirzoyan

13:19 - 18 Oktyabr 2025 tarixində dərc olunub.

“Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin Bakının ilkin şərti ilə razılaşmır.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan DW-yə müsahibəsində bildirib.

"Azərbaycan tərəfi təəssüf ki, sülh müqaviləsinin imzalanması üçün ilkin şərt irəli sürür. Biz bununla razı deyilik, əks arqumentlərimiz var, lakin onlar hesab edirlər ki, Konstitusiyamızda problem var. Bu, onların fikridir, ona görə də bizdən Konstitusiyaya dəyişiklik etməyimizi istəyirlər. Bu, qəbul etmədiyimiz şərtdir", - Mirzoyan deyib.

O vurğulayıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına işarə edəcək heç bir şey yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası