Ucnoqta.az
www.ucnoqta.az

Meksikada güclü yağışlar nəticəsində ölənlərin sayı 72-yə çatıb

19:49 - 17 Oktyabr 2025 tarixində dərc olunub.

Meksikada güclü yağışlar və nəticədə baş verən daşqınlar nəticəsində ölənlərin sayı 72-yə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətin təbii fəlakətlərin monitorinqi portalında məlumat verilib.

Ən çox ölənlərin sayı – 32 nəfər Meksikanın şərqindəki Verakruz ştatında qeydə alınıb. Hidalqo ştatında 21 nəfər ölüb.

Puebla ştatında təbii fəlakət 18 nəfərin həyatına son qoyub, Queretaro ştatında isə bir nəfər ölüb. Qırx səkkiz nəfər itkin düşüb.

Səlahiyyətlilərin məlumatına görə, ən çox ölkənin cənub və mərkəzi bölgələri zərər çəkib. Axtarış-xilasetmə işləri davam edir, yüzlərlə insan təxliyə mərkəzlərində qalır.

Müəllif: Ucnoqta.az redaksiyası