Ucnoqta.az
www.ucnoqta.az

Tramp "New York Times"a qarşı 15 milyard dollarlıq iddiasını yenidən qaldırdı

15:01 - 17 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp The New York Times (NYT) qəzetinə qarşı yenidən 15 milyard dollarlıq böhtan iddiası qaldırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post (WP) məlumat yayıb.

Keçən ay, nəşrin xatırladığı kimi, federal hakim ilkin iddianı rədd etib və iddianın siyasi tonunu kəskin tənqid etmişdi.

Florida ştatının Tampa şəhərindəki ABŞ Dairə Məhkəməsinə verilən düzəliş edilmiş şikayət NYT-nin, onun üç müxbirinin və Penguin Random House-un bəyanatlarına yönəlib. Trampın vəkilləri onları “zərərli, böhtan və alçaldıcı” adlandırıblar.

Söhbət "New York Times"ın araşdırmaçı jurnalistləri Susan Kreyq və Russ Buettner tərəfindən yazılan "Lucky Loser" (2024) kitabında, eləcə də NYT-də müxtəlif məqalələrdə əks olunan Trampın biznes uğurları və sərvətinin mənşəyi ilə bağlı iddialardır.

Müəllif: Ucnoqta.az redaksiyası