Ucnoqta.az
www.ucnoqta.az

Romada araşdırmaçı jurnalistin avtomobili partlayıb

10:12 - 17 Oktyabr 2025 tarixində dərc olunub.

Partlayış nəticəsində italyan jurnalist Siqfrido Ranuççi və qızının avtomobillərinə ciddi ziyan dəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli mediaya “Rai” dövlət televiziyasında “Report” araşdırma proqramını aparan jurnalistin özü məlumat verib.

“Corriere della Sera”nın məlumatına görə, cümə axşamı axşam cənub paytaxtını silkələyən partlayış o qədər güclü olub ki, təkcə avtomobillərə deyil, onların yaxınlıqda saxlandığı binaya da ziyan vurub. Lakin xəsarət alan olmayıb.

Partlayış yerində xüsusi təyinatlı polis bölmələri və yanğınsöndürənlər işləyir, bütün lazımi araşdırmalar aparılır.

Jurnalist deyir ki, bombalar maşının altına qoyulub.

Müəllif: Ucnoqta.az redaksiyası