Ucnoqta.az
www.ucnoqta.az

Avstraliya M113 zirehli daşıyıcıların fəaliyyətin dayandıracaq

07:51 - 17 Oktyabr 2025 tarixində dərc olunub.

Avstraliya Müdafiə Qüvvələrinin M113 zirehli transportyorlarından ibarət donanması təlim zamanı bir əsgərin ölümü ilə bağlı vəziyyətin araşdırılmasına qədər sıradan çıxarılacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazirin müavini və müdafiə naziri Riçard Marles bildirib.

Onun sözlərinə görə, Avstraliya Ordusunun M113 zirehli transportyorlarının fəaliyyəti iki əsgərin yaralanması və bir əsgərin ölümü ilə nəticələnən qəzanın səbəbləri araşdırılana qədər dayandırılacaq.
O, həmçinin qeyd edib ki, Avstraliya Ordusu “uzun müddətdir ki, M113-ləri idarə edir və bu maşınlar təhqiqat başa çatdıqdan sonra xidmətə davam edəcək”.

Avstraliyanın şimal-şərqində ordu təlimləri zamanı baş verən insident nəticəsində bir əsgər ölüb, ikisi xəstəxanaya yerləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası