Ucnoqta.az
www.ucnoqta.az

Kamçatkada zəlzələ baş verib

07:33 - 17 Oktyabr 2025 tarixində dərc olunub.

Seysmoloqlar cümə günü Sakit okeanda Kamçatkanın şərq sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.

Yerli vaxtla saat 13:25-də qeydə alınan zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 103 km aralıda yerləşib. Zəlzələnin episentri dəniz dibinin 48 km dərinliyində yerləşib.

Müəllif: Ucnoqta.az redaksiyası