Ucnoqta.az
www.ucnoqta.az

Alimlər sunamini proqnozlaşdıra bilən sistem yaradıblar

07:32 - 17 Oktyabr 2025 tarixində dərc olunub.

Amerikalı alimlər sunamini proqnozlaşdıra bilən sistem yaradıblar.

Ucnoqta.az xəbər verir ki, isthsal ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) həyata keçirib və GUARDIAN adlanır.
Sistem artıq bu il iyulun sonunda Rusiya sahillərində baş vermiş zəlzələ zamanı sınaqdan keçirilib.

GUARDIAN atmosfer pozuntularını aşkar edib və məlumatları 20 dəqiqə ərzində mütəxəssislərə göndərərək, dalğaların Havay adalarına və digər sahilyanı ərazilərə çatmasına 30-40 dəqiqə qalmış mümkün sunami barədə xəbərdarlıq edib.

Gələcəkdə GUARDIAN sunamilər barədə erkən xəbərdarlıq vasitəsinə çevrilə, insanlara təxliyə və təhlükəsizlik tədbirləri görməyə vaxt verə bilər.
Bu mərhələdə sistemin nəticələrini yalnız yaxınlaşan fəlakətin əlamətlərini tanımağa qadir olan mütəxəssislər şərh edə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası