Niderland Ukrayna qüvvələrinin qurudakı vəziyyətini yaxşılaşdırmaq üçün Ukraynaya pilotsuz təyyarələrin tədarükünə daha 90 milyon avro sərmayə qoyacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə NATO müdafiə nazirlərinin planlaşdırılan görüşünə gələn müdafiə naziri Ruben Brekelmans bildirib.
"Biz Ukraynaya pilotsuz təyyarələrin tədarükünü genişləndirmək niyyətindəyik və bu məqsədlə daha 90 milyon avro ayırırıq", - o bildirib.
Brekelmans hesab edir ki, NATO ölkələri Kiyevə ordunun yerdəki vəziyyətini yaxşılaşdırmaqda kömək etməlidir.
O, həmçinin NATO-nun hava hücumundan müdafiə imkanlarının artırılmasının zəruriliyi ilə bağlı fikirlərini bildirib, pilotsuz təyyarələrin özlərindən baha başa gələn raketlərlə pilotsuz təyyarələri vurmağa cəhdin mənasız olduğunu vurğulayıb.