Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 1000 abonentin qaz təchizatı dayandırılacaq

11:18 - 15 Oktyabr 2025 tarixində dərc olunub.

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib ki, şəhərin Yaşıl Dərə yaşayış massivində, 39 nömrəli marşrut xəttinin yaxınlığında yerləşən 57 millimetrlik qaz xəttində sızma aşkar edilib.

Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, ərazidəki 1000 abonentin qaz təchizatı dayandırılacaq.

Müəllif: Ucnoqta.az redaksiyası