Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə döyülən məktəblinin vəziyyəti açıqlanıb

14:21 - 14 Oktyabr 2025 tarixində dərc olunub.

13.10.2025-ci il tarixdə saat 10:30 radələrində Tərtər rayonu Seydimli kənd tam orta məktəbində döyülmə hadisəsi səbəbilə 1 nəfər şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2008-ci il təvəllüdlü şəxsə baş-beynin silkələnməsi diaqnozu təyin edilib. Pasiyent Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrinin birinə göndərişlə təmin edilib.

Müəllif: Ucnoqta.az redaksiyası