Ermənistan Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı ilkin şərtini qəbul etmir.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Ermənistan heç vaxt heç bir üçüncü ölkə qarşısında Konstitusiyaya dəyişiklik edilməsi məsələsini qaldırmayıb və qoymayacaq. Azərbaycan bu məsələni sülh müqaviləsinin imzalanması üçün ilkin şərt kimi təqdim etməkdə davam edir və biz bu ilkin şərti qəbul etmirik. Ermənistan Konstitusiyasına düzəlişlər gündəliyin qarşılıqlı razılaşdırılmış bəndi kimi mövcud deyil”, o, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında bildirib.
Mirzoyanın sözlərinə görə, Ermənistan Konstitusiyasına dəyişiklik və ya yeni Əsas Qanunun qəbulu sırf daxili siyasi məsələdir və onu erməni xalqı həll etməlidir.