Ucnoqta.az
www.ucnoqta.az

ATƏT-in Minsk qrupunun ləğvi dekabrda başa çatacaq

12:43 - 14 Oktyabr 2025 tarixində dərc olunub.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycan və Ermənistan arasında münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı qərarını alqışlayıb və bütün prosesin cari ilin dekabr ayına kimi yekunlaşacağına ümid etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında qeyd edib.

"Biz bütün maneələrə baxmayaraq, Ermənistanın sülh gündəminə dəstəyini ardıcıl olaraq qeyd edirik. Mən həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə müraciəti alqışlayıram. Ümid edirik ki, bütün bu proses dekabr ayından gec olmayaraq başa çatacaq”, - Elina deyib.

ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə) 1992-ci ildə Qarabağ münaqişəsinin həlli üçün yaradılıb.

Müəllif: Ucnoqta.az redaksiyası