Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə ər arvadını bıçaqladı

08:32 - 14 Oktyabr 2025 tarixində dərc olunub.

Kürdəmirdə ailə münaqişəsi nəticəsində kişi həyat yoldaşını bıçaqlayıb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini Nizami Hüseynov həyat yoldaşı Sara Hüseynovaya 10 bıçaq xəsarəti yetirib.

Ağır bədən xəsarətləri alan yaralı dərhal ətrafdakı insanların köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: Ucnoqta.az redaksiyası