Ucnoqta.az
www.ucnoqta.az

Bayden Trampa təşəkkür edib

08:18 - 14 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ-nin keçmiş prezidenti Co Bayden prezident Donald Trampa Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin həllinə görə təşəkkür edib.

Ucnoqta.az xəbər verir ki, Bayden bunu oktyabrın 13-də X sosial media platformasında yazıb.

“Prezident Trampa və komandasına atəşkəs razılaşmasının bərpası istiqamətində gördükləri işlərə görə təşəkkür edirəm”, - yazıda deyilir.

Bayden münaqişənin yenidən başlamayacağına və Fələstinə və İsrailə sülhün gələcəyinə ümid etdiyini bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası