Ucnoqta.az
www.ucnoqta.az

Tramp oktyabrın 17-də Zelenski ilə görüşə bilər

19:18 - 13 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp oktyabrın 17-də Vaşinqtonda Volodimir Zelenski ilə görüşə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzetinin jurnalisti Kristofer Miller üç mənbəyə istinadən X-də məlumat verib.

O xatırladıb ki, Tramp və Zelenski ötən həftəsonu telefon danışığı olub və onlar Amerikanın “Tomahavk” raketlərinin Ukraynaya tədarükü məsələsini müzakirə ediblər.

Jurnalist onu da qeyd edib ki, Ukrayna nümayəndə heyəti bu həftə Vaşinqtonda amerikalı həmkarları ilə bir sıra danışıqlar aparmağı planlaşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası