Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğanın təyyarəsi ikinci cəhddə Şarm əl-Şeyxə enib

15:29 - 13 Oktyabr 2025 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı daşıyan təyyarə bazar ertəsi Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına həsr olunmuş “sülh sammiti”nin keçiriləcəyi Şarm əl-Şeyx hava limanına ikinci cəhdlə eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Ərdoğanın təyyarəsi hava limanının uçuş-enmə zolağında sürüşüb və Qırmızı dəniz üzərində bir müddət qaldıqdan sonra sonra yerə enib. Əlavə məlumat verilməyib.

Ərdoğanı sammitdə Misir prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.

Ərdoğan sammitdə iştirak edəcək və toplantı çərçivəsində bir sıra ölkələrin liderləri ilə görüşlər keçirəcək.

Müəllif: Ucnoqta.az redaksiyası