Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Prezidenti Yaxın Şərq Sülh Sammitində iştirak edir

14:33 - 13 Oktyabr 2025 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Ucnoqta.az xəbər verir ki, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlət başçısını salamlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası