Ucnoqta.az
www.ucnoqta.az

Azad edilmiş fələstinli məhbusları daşıyan avtobuslar Ramallaha gəlib

14:07 - 13 Oktyabr 2025 tarixində dərc olunub.

İsraildən azad edilmiş fələstinli məhbusları daşıyan avtobuslar İordan çayının qərb sahilindəki Fələstinin paytaxtı Ramallah şəhərinə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb.

Fələstinli Əsirlərin İşləri Komitəsi təsdiqləyib ki, 2023-cü il oktyabrın 7-dən sonra Qəzzada ikisi qadın olmaqla 1718 məhbusun, həmçinin İsrail həbsxanalarında ömürlük cəzaya məhkum edilmiş 250 nəfərin azad edilməsini gözləyir.

Müəllif: Ucnoqta.az redaksiyası