Ucnoqta.az
www.ucnoqta.az

İlahə Şükürova işdən çıxarıldı

11:33 - 13 Oktyabr 2025 tarixində dərc olunub.

Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Xatırladaq ki, İ.Şükürova bu vəzifəyə ötən ilin iyun ayında təyinat almışdı. ///oxu.az

Müəllif: Ucnoqta.az redaksiyası