Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı terrorun qarşısı alınıb

10:46 - 13 Oktyabr 2025 tarixində dərc olunub.

Moskvada Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı Ukrayna kəşfiyyat orqanları və İŞİD* tərəfindən birgə planlaşdırılan terror aktının qarşısı alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhülkəsizlik Xidməti (FTX) məlumat yayıb. Bildirilir ki, terror aktını bilavasitə həyata keçirən Mərkəzi Asiya vətəndaşı ilə birlikdə planlaşdırılan cinayətin ört-basdır edilməsində iştirak edən 3 Rusiya vətəndaşı saxlanılıb.

“Sonuncunu Ukrayna kəşfiyyat orqanlarının maraqları naminə Rusiya və Özbəkistanın səlahiyyətli orqanları tərəfindən beynəlxalq axtarışda olan İŞİD funksioneri, 1979-cu il təvəllüdlü Səidəkbər Qulomov işə cəlb edib”, - FTX bildirir.

FTX-nin məlumatına görə, Qulomov Ukrayna kəşfiyyatının təşkil etdiyi NBC Mühafizə Qoşunlarının rəhbəri general Kirillovun qətlində əli olub. 

İddia olunur ki, Qulomov cinayətkarın hərəkətlərini Ukrayna və Qərbi Avropadan uzaqdan idarə edib. Terror aktı üçün partlayıcılar Rusiyaya drondan atılıb. Güclü bomba 70 metr radiusda insanları vurmaq üçün nəzərdə tutulmuşdu və Moskvanın sıx məskunlaşdığı ərazidə partladılması planlaşdırılırdı.

Müəllif: Ucnoqta.az redaksiyası