Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda 36 yaşlı qadın öldürülüb, əri saxlanılıb

19:07 - 20 Sentyabr 2025 tarixində dərc olunub.

Goranboyda qətl hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq qətlə yetirilib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Tağıyevanı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, həyat yoldaşı 38 yaşlı Maşallah Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası