Ucnoqta.az
www.ucnoqta.az

Meteohəssas insanlar üçün proqnoz

14:48 - 20 Sentyabr 2025 tarixində dərc olunub.

Abşeron yarımadasında sentyabrın 21-i xəzri küləyinin güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən, sentyabrın 21-dəki hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif: Ucnoqta.az redaksiyası