Ucnoqta.az
www.ucnoqta.az

Adnan Əhmədzadə barədə QƏRAR VERİLDİ

14:06 - 20 Sentyabr 2025 tarixində dərc olunub.

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Müəllif: Ucnoqta.az redaksiyası