Ucnoqta.az
www.ucnoqta.az

ABŞ 300 mindən çox venesuelalının müvəqqəti qorunan statusunu ləğv etmək istəyir

08:09 - 20 Sentyabr 2025 tarixində dərc olunub.

Tramp administrasiyası Ali Məhkəmədən 300 mindən çox Venesuela vətəndaşının müvəqqəti qorunma statusunu ləğv edən qərar çıxarmasını istəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Tramp administrasiyasının öz ölkəsini tərk etməyə məcbur olan Venesuela vətəndaşlarının hüquqi statusunu qeyri-qanuni olaraq ləğv etdiyinə dair qərarın icrasının dayandırılması üçün məhkəməyə müraciət edib.

“Politico” xəbər verir ki, Tramp administrasiyasının vəkili Con Sauer qeyd edir ki, Ali Məhkəmənin 350 min venesuelalının müdafiə statusunu itirməsi ilə nəticələnən may qərarı indiki işdə tətbiq edilməlidir.

Venesuelalılara müvəqqəti qorunan status 2021-ci ilin martında verilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb. Bu, müəyyən bir ölkənin vətəndaşlarına ABŞ-da iş icazəsi və müvəqqəti daimi yaşamaq imkanı verir. Lakin bu status daimi yaşayış hüququ vermir.

Müəllif: Ucnoqta.az redaksiyası