Ucnoqta.az
www.ucnoqta.az

Avropa Komissiyası maliyyə dəstəyini dayandırıb

19:42 - 17 Sentyabr 2025 tarixində dərc olunub.

Avropa Komissiyası (AK) Qəzza zolağında keçirdiyi hərbi əməliyyatla əlaqədar İsrailə maliyyə dəstəyini dayandırır.

Unoqta.az xəbər verir ki, bu barədə AK prezidenti Ursula fon der Lyayen məlumat verib.

Avropa İttifaqı humanitar yardımın ən böyük donoru və iki dövlətli həllin sadiq tərəfdarı olaraq qalır. Bu prinsiplərə uyğun olaraq və İordan çayının qərb sahilində baş verən ciddi hadisələri nəzərə alaraq, vətəndaş cəmiyyəti və Yad Vaşem Holokost abidəsi ilə əməkdaşlığa təsir etmədən İsrailə ikitərəfli dəstəyin dayandırılmasını təklif edirik”, - Komissiyanın bəyanatında deyilir.

Avropa Komissiyası qeyd edir ki, qərar 2025-2027-ci illər üçün gələcək ayırmalara, eləcə də İsraillə davam edən institusional əlaqə layihələrinə və Aİ-İsrail Regional Əməkdaşlıq Mexanizmi çərçivəsində təşəbbüslərə şamil edilir.

Bildirilir ki, tədbirlər humanitar proqramlara təsir etmir.

Müəllif: Ucnoqta.az redaksiyası