Ucnoqta.az
www.ucnoqta.az

Bakıda uşaq bağçada xəsarət alıb

14:24 - 17 Sentyabr 2025 tarixində dərc olunub.

265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.

Ucnoqta.az xəbər ki, bağçadan APA-nın sorğusuna cavab olaraq bildirib, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib.

Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib.

Uşaq səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.

Müəllif: Ucnoqta.az redaksiyası