Ucnoqta.az
www.ucnoqta.az

Qubada 7 otaqlı ev yanıb

10:09 - 17 Sentyabr 2025 tarixində dərc olunub.

Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 300 m²(hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli, 7 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 40 m² sahədə yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası