Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ"a məğlub olan "Benfika"nın baş məşqçisi komandadan qovuldu

08:14 - 17 Sentyabr 2025 tarixində dərc olunub.

Portuqaliyanın "Benfika" klubu "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

O, bunun üçün təəssüfləndiyini bildirib. 

Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib. Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.

Müəllif: Ucnoqta.az redaksiyası