Ucnoqta.az
www.ucnoqta.az

İran və 5 ölkə BAEA-ya nüvə obyektlərinə hücumları qadağan edən qətnamə təqdim edib

08:56 - 16 Sentyabr 2025 tarixində dərc olunub.

İran Çin, Rusiya, Venesuela, Nikaraqua və Belarusla birlikdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) Baş Konfransının 69-cu sessiyasında nüvə obyektlərinə hücumların qadağan edilməsinə dair qətnamə layihəsi təqdim edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi məlumat verib.

"NPT-nin bütövlüyünü qorumaq üçün İran Çin, Rusiya, Venesuela, Nikaraqua və Belarusla birlikdə Agentliyin hərtərəfli müdafiə sazişinin əhatə etdiyi nüvə obyektlərinə və infrastruktura hər cür hücum və hücum təhdidlərinin qadağan edilməsi haqqında" qətnamə layihəsi təqdim edib", Bəqayi sosial şəbəkə səhifəsində yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası